Titanik-2 gəmisinə işçi heyəti yığılır

Titanik-2 gəmisinə işçi heyəti yığılır
  09 May 2013    Oxunub:2375
Tikilməkdə olan Titanik-2 gəmisində işləmək üçün müraciətlər edilib. İş üçün müraciət ərizələrinin sayı satılan biletlərdən çoxdur.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, üç ildən sonra hazır olacaq Titanik-2 gəmisində kapitan vəzifəsi üçün səkkiz nəfər müraciət edib. Gəminin milyarder sahibi Klayv Palmer bildirib ki, gəmidə ən maraqlı vəzifə direktordur. Çünki o, müxtəlif işlərlə məşğul olur və yeni ideyaları həyata keçirir.

Gəmidəki qida və içki üzrə direktor vəzifəsi vacib vəzifələrdən biridir. Ona görə də, gəmidə 68 aşpaz vəzifəsi ayrılıb və onlar artıq Titanik-2 menyusunu hazırlayıblar.

Titanik-2 beynəlxalq layihə olduğundan, heyəti də dünya vətəndaşlarından ibarət olacaq.

Palmer bildirib ki, gəmidə iş üçün müraciət 2015-ci ilin sonunda dayandırılacaq. 835 nəfərlik yerə malik “arzuların gəmisi” ilk səfərini 2016-cı ildə Saushamtondan Nyu-Yorka edəcək.

Titanik-2 haqqında filmin çəkilməsi də planlaşdırılıb. Gəmi heyəti filmin ulduzuna çevriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti