Zalujnı: “Rusiya Qərb ordularını məğlub edə bilər”

“Bir çox sənaye sahələrində onilliklər boyu hökmranlıq barədə “lay-laya” uyumuş Qərb ordularının çox uzun müddət yatıblar. Əgər onlar köhnəlmiş müharibə üçün optimallaşdırılmış muxtar silahların kütləvi istifadəsini məvh edən bir rəqiblə qarşılaşsalar, onlar İkinci Dünya müharibəsində alman “ildırım sürətli” müharibəsinin qurbanları kimi ömürlərini bitirə bilərlər”, - USQ-nin keçmiş Baş Komandanı yazıb.
Onun sözlərinə görə, Kiyevin qərbli müttəfiqləri üçün “ölçüyə gəlməz dəyərli hədiyyəsi” var – münaqişə baş verdikdə, USQ-nin təcrübəsi Qərbə kömək edəcək. Belə təcrübəyə misal olaraq Zalujnı xüsusilə ucuz başa gələn zərbə, kəşfiyyat və nəqliyyat pilotsuz uçan aparatlarının, eləcə də dəniz pilotsuz təyyarələrinin və onlayn döyüş idarəetmə sistemlərinin geniş tətbiqini göstərir.
Sahil İsgəndərov
AzVision.az