"Onlarla metr uzunluğa malik tuneldə həmçinin partlayıcılardan tələlər hazırlanıb. Bu tunel HƏMAS-ın strateji yeraltı keçidlərindən birinə istiqamətlənir", - məlumatda vurğulanır.
Tunel keçirilən baxışın ardınca dağıdılıb.
![]() |
HƏMAS-ın snayper komandiri öldürülüb |
Xatırladaq ki, aprelin 2-də İsrailin müdafiə naziri İsrael Kats orduya Qəzza zolağında hərbi əməliyyatları genişləndirməklə əlaqədar göstəriş verib. Əməliyyatın məqsədi ərazinin HƏMAS terrorçularından və terror infrastrukturundan təmizlənməsidir. Əmrə əsasən, İsrail Silahlı Qüvvələrinin Qəzza zolağında son günlər artan hərbi əməliyyatları çərçivəsində HƏMAS-ın bir sıra rəhbər şəxsi aradan götürülüb. Axırıncı hücumların birində qruplaşmanın "Nüxbə" adlı xüsusi qoşununun komandir müavini də öldürülüb.
Firudin Həmidli
AzVision.az