İmran Muxtarov: "Azərbaycan elmi məqalələrin sayına görə ABŞ-dən sonra ikincidir"

   İmran Muxtarov:    "Azərbaycan elmi məqalələrin sayına görə ABŞ-dən sonra ikincidir"
  11 Aprel 2025    Oxunub:483
Bu il Avstraliyanın Sidney şəhərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresində (BAK) Azərbaycanı təmsil edəcək Milli Elmi Komanda 632 elmi məqalə ilə qoşulub.
Bunu Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov mətbuat konfransında çıxışı zamanı deyib.

“2023-cü ildə Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən 3600 elmi məqalə təqdim olunub. Bu, IAC tarixində ölkə sayı ilə bağlı rekord rəqəm idi. Tədbirə rekord sayda – 214 məqalə ilə qoşulmuş Azərbaycan ən çox elmi məqalə təqdim edən ölkələr siyahısında ABŞ, İtaliya, Hindistan və Çindən sonra beşinci yerdə qərarlaşıb. Sidneydə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə Azərbaycanı təmsil edəcək Milli Elmi Komanda 632 elmi məqalə ilə qoşulub. Bu il Azərbaycan elmi məqalələrin sayına görə digər ölkələr arasında ABŞ-dan sonra ikinci yerdə gəlir”, - deyə İmran Muxtarov əlavə edib.

Bu günədək Azərbaycan Kosmik Akademiyasının 340 orta məktəblə əməkdaşlıq əlaqələri qurduğunu deyən KOSMİK Akademiyanın rəhbəri 14 universitet və 2200 tələbə ilə sıx əməkdaşlıq etdiklərini bildirib: “Həmçinin, akademiya 9 gənclər təşkilatı ilə birgə layihələr həyata keçirir. 6 aydır fəaliyyət göstərən KOSMİK Akademiya artıq 8 beynəlxalq layihə həyata keçirib”.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti