Azərbaycanda ilk: Tələblərin peyki kosmosa çıxarılacaq

   Azərbaycanda ilk:    Tələblərin peyki kosmosa çıxarılacaq
  11 Aprel 2025    Oxunub:458
"Bu il tələbələrimizin ilk kub formasında peykinin kosmosa çıxarılması planlaşdırılır".
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") Kosmik Akademiyasının rəhbəri İmran Muxtarov deyib.

İmran Muxtarov qeyd edib ki, akademiyanın cəmi 6 aydır fəaliyyət göstərməsinə baxmayaraq, artıq 8 beynəlxalq layihə icra olunur:

"Mövcud fiziki akademiyamızın rəqəmsal forması yaradılır. Rəqəmsal Akademiyanın məqsədi türk dövlətlərindən olan tələbələri alimləri kosmik sahədə əməkdaşlığa cəlb etməkdir. Artıq Qazaxıstan, Özbəkistan, Türkiyə olmaqla türk dövlətlərindən olan 21 universitetlə əlaqə qurmuşuq".

O bildirib ki, əsas hədəflərdən biri beynəlxalq kosmik təhsil məşvərət şurasına üzv olmaqdır:

"Artıq 3 fazalı müzakirələr bitib və onların indi uğurlu cavabını gözləyirik. 632 elmi məqalə ilə bu il Avstraliyanın Sidney şəhərində keçiriləcək Astronavtika konqresində ölkəmiz ABŞ-dən sonra 2-ci yerə sahib olub. Türkiyə də daxil olmaqla bütün bu regionda kosmik akademiyalar mövcud deyil. Akademiyamızın məqsədi Azərbaycanın kosmik sənaye gücünü dünyaya təcrübə mübadiləsi ilə tanıtmaqdır".
AzVision.az



Teqlər:





Xəbər lenti