Siyarto: "Aİ-nin Ukrayna siyasi strategiyası iflasa uğradı"

      Siyarto:    "Aİ-nin Ukrayna siyasi strategiyası iflasa uğradı"
  11 Aprel 2025    Oxunub:486
Avropa İttifaqının (Aİ) Ukrayna ilə bağlı üç illik siyasi strategiyası iflasa uğrayıb və ictimaiyyət müharibənin davam etdirilməsinin tərəfdarıdır.
AzVision.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Siyarto: "İki həftəyə sülh bərqərar ola bilər"
“Biz aşkar görürük ki, Aİ-nin son üç ildə yürütdüyü siyasət və ya siyasi strategiya tamamilə puç olub, Avropaya, Avropa iqtisadiyyatına, Avropa xalqlarına böyük ziyan vurub", - Siyarto gileylənib.

Baş nazirin sözlərinə görə, Avropa liderləri öz pis strategiyasının nəticələrinin bədəlini ödəmək üçün lazım olan vaxtı uzatmaq istəyirlər. "Lakin onlar təəssüf ki, sülhdən daha çox döyüşün davam etdirilməsinin tərəfdarıdırlar", - siyasətçi qeyd edib.

Siyarto vurğulayıb ki, Macarıstan da ABŞ kimi yalnız sülhdə maraqlıdır.

Bundan əvvəl məşhur irlandiyalı jurnalist Çeyz Bouz da oxşar mövzuda diqqət çəkən fikirlər səsləndirmişdi. O deyib ki, Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar aparsa da, Avropa ölkələri müharibənin davam etdirilməsini istəyir. Onun fikrincə, Avropanın Ukraynadakı döyüşləri dayandırmaq istəməməsi getdikcə daha aydın görünür.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Macarıstan     Ukrayna  





Xəbər lenti