Blinkenin səsi çıxdı: Trampa məsləhət verir - VİDEO

      Blinkenin səsi çıxdı:    Trampa məsləhət verir  - VİDEO
  11 Aprel 2025    Oxunub:594
ABŞ-nin keçmiş Dövlət katibi Antoni Blinken Birləşmiş Ştatların Çinə qarşı təkbaşına yox, digər ölkələrlə birlikdə hərəkət etməli olduğunu biuldirib.
AzVision.az xəbər verir ki, “CNBC” telekanalına Donald Trampın başladığı “tariflər savaşı”nı şərh edən Antoni Blinken Çində ədalətsiz ticarət siyasətinin və həddindən izafi istehsalının olduğunu bildirsə də, bununla fərqli şəkildə mübarizə aparılmasının vazibliyini vurğulayıb.

“Biz bir neçə ay əvvəl etdiyimiz kimi - Avropa və Şərqi Asiya ölkələri ilə tərəfdaşlarla birləşəndə dünya ÜDM-nin 50-60%-ni təmsil edirik. Çin üçün belə təzyiqlərə məhəl qoymamaq daha çətindir. Nəticələri belə əldə etmək olar. Qorxuram ki, biz indi “Amerika əfzəldir” əvəzinə “Amerikanın tək qalacağı” vəziyyətə doğru irəliləyirik”, - keçmiş məmur deyib.

Onun sözlərinə görə, tariflərin tətbiqi siyasəti ABŞ və tərəfdaşları arasında etimadın itirilməsinə gətirib çıxarır. ABŞ-də hakimiyyət dəyişikliyi olsa belə, digər ölkələr Vaşinqtonun “daha tanış” siyasətinin gələcəkdə davamlı olacağına artıq əminlik hiss etməyəcəklər: “nəticədə “bu cini yenidən şüşəyə qaytarmaq çətin olacaq”.

Əslində ABŞ tarixinə ən bacarıqsız və ən zəif Dövlət katiblərindən biri kimi düşmüş Antoni Blinkenin Donald Trampa məsləhət verməsi “Özünə umac ova bilmir, özgəsinə əriştə kəsir” müdrik kəlamını yada salır.

Xatırladaq ki, aprelin 2-dən ABŞ prezidenti Donald Trampın qlobal miqyasda başladığı “ticarət müharibəsi” çərçivəsində Vaşinqton-Pekin münasibətlərindəki gərginlik, demək olar ki, pik həddə çatıb. Tərəflər bir-birinə qarşı müvafiq şəkildə 145% və 125% səviyyəsində idxal tarifləri tətbiq ediblər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Blinken   Tramp   məsləhət  





Xəbər lenti