"Mən işarələri oxuyuram. Putin tarixlərə qarşı həmişə diqqətli olub",- Pevkur deyib.
![]() |
Putin Ukrayna ilə sülhə hazırdır, lakin... |
"Ona görə də mən belə hesab edirəm ki, atəşkəs ola bilər. Bizim üçün Avropa Günü olan 9 May Rusiya üçün İkinci Dünya Müharibəsinin bitdiyi gün sayılır. Bəlkə də bu səbəbdən hansısa razılaşma, barışıq və ya buna bənzər bir şey əldə etməyə çalışacaqlar", - Pevkur əlavə edib.
Bundan öncə Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın zərbələri dayandırmağın zəruriliyi ilə bağlı sözlərini şərh edərkən diqqət çəkən açıqlama vermişdi.
O, deyib: “Prezident Putin həqiqətən atəşkəs ideyasını dəstəkləyir. Ancaq bundan əvvəl bir sıra suallara cavab tapmaq lazımdır. Bu suallar havada asılı qalıb və indiyədək onlara heç kim cavab verməyib”.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural Tağıyev
AzVision.az