İdmançımız erməniyə qalib gəldi

İdmançımız erməniyə qalib gəldi
  13 Mart 2015    Oxunub:2198
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Uşu-sanda üzrə yeniyetmələr, gənclər və kişilər arasında beynəlxalq turnir keçirilib. Yarışda Abşeron idmançıları da qüvvələrini sınayıblar.
Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev bildirib ki, yeniyetmələr arasında Natiq Əliyev (20 kq), Amin Əlili (25 kq), Murad İmaməliyev (48 kq) birinci olublar. Gənclərin yarışında Natiq Məmmədzadə ikinci yerə çıxıb.

Uşu-sanda üzrə 4 qat Avrasiya, 2 qat Avropa çempionu Elçin Eminov kişilərin yarışında qızıl medala yiyələnib. O, yarımfinalda erməni idmançısını məğlub edərək finala çıxıb. Avropa çempionu ilə bərabər 70 kiloqram çəki dərəcəsində çıxış edən Allahyar Şabanov da qızıl medal qazanıb. Elvin Eminov isə gümüş medalla kifayətlənib.

AzVision.az


Teqlər:





Xəbər lenti