AzVision.az-ın məlumatına görə, cari ilin ilk altı ayında NMR-nın dövlət büdcəsinin gəlirlərinin 84,3 faizi və ya 29 milyon 427 min manatı Vergilər Nazirliyi, 8,8 faizi və ya 3 milyon 84 min manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 4 faizi və ya 1 milyon 377 min manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 2,9 faizi və ya 1 milyon 19 min manatı isə vergi olmayan sair daxilolmalar hesabına olub.
Qeyd olunub ki, 2017-ci ilin birinci yarımilində aparılmış maliyyə nəzarət tədbirləri nəticəsində, ümumilikdə, 207 min 725 manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib.
AzVision.az