29 yaşlı erməni Rusiyada 100 nəfəri zəhərləyib - (VİDEO)

29 yaşlı erməni Rusiyada 100 nəfəri zəhərləyib - (VİDEO)
  18 Oktyabr 2017    Oxunub:2957
Erməni əsilli 29 yaşlı Vaaqn Karapetyan Rusiyanın paytaxtı Moskvada 100 nəfəri zəhərləyib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Karapetyan bu il iyunun 30-da radioaparıcı Artur Bitovun ölüm faktı üzrə cinayət məsuliyyətinə cəlb edilib. O, 2017-ci il oktyabrın 16-da Moskva ətrafında tutulub və onun barəsində həbs qətiimkan tədbiri seçilib.



İstintaq müəyyən edib ki, Karapetyan 2015-ci ildən fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olub. O, müxtəlif səbəblərlə müştərilərinə içinə psixotrop maddələr qatdığı mineral su təklif edib. Müştərilər zəhərləndikdən sonra taksi sürücüsü onların bahalı əşyalarını oğurlayıb.

Kirayədə yaşadığı mənzildə aparılan axtarış nəticəsində 20 ədəd mobil telefon, 190 ədəd psixotrop klozapin preparatı və 98 ədəd qol saatı aşkarlanıb.

Karapetyan Rusiya Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkənin ölümünə şərait yaratmaq, sağlamlığa xəsarət yetirmək və sağlamlığa ağır zərər yetirməklə qarət maddələri ilə ittiham olunub. Saxlanılan şəxs günahını etiraf edib.

AzVision.az


Teqlər: Rusiya   Erməni  





Xəbər lenti