Prezidentdən 15 milyonluq sərəncam

AzVision.az xəbər verir ki, sərəncama əsasən, istehsalçıların taxılyığan kombaynlara tələbatının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb.
Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək barədə Maliyyə Nazirliyinə müvafiq tapşırıq verilib.
AzVision.az