Gəncə YAP-çıları toplantı keçirib

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev Partiyanın yarandığı gündən qələbələr partiyası olduğunu və bundan sonra da, xalq ziyalılarının sədaqəti və dəstəyi ilə hər zaman qələbələr partiyası olacağını vurğulayıb. O, ölkəmizdə qazanılan nailiyyətlərə, partiyanın uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə, Gəncə şəhər Təşkilatına hərtərəfli dəstək və kömək göstərdiyinə görə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının rəhbərliyinə dərin minnətdarlığını bildirib.
YAP Mərkəzi Aparatının baş təlimatçısı Rafael Gülməmmədov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, dövlətçiliyimizdə tutduğu mühüm mövqedən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının Gəncədə layiqincə yerinə yetirildiyini, partiya fəallarının hər bir uğurda xüsusi rolu olduğunu, şəhər partiya Təşkilatında idarəetmənin yüksək səviyyədə qurulduğunu, şəhərdə aparılan möhtəşəm abadlıq-quruculuq işlərindən məmnun olduğunu qeyd edib.
Gəncə Dövlət Universitetinin prorektorları Asif Cavadov, Pərvin Kərimzadə və başqaları çıxış edərək, partiya fəallarının daim öndə olduqlarını, şəhərin ictimai- siyasi həyatında yaxından iştirak etdiklərini, elm və təhsilin inkişafına layiqli töhfələr verdiklərini vurğulayıblar, ərazi ilk partiya təşkilatının fəaliyyətini qənaətbəxş hesab ediblər. Gəncə şəhər Təşkilatının öncül dəstələrdən biri olduğunu qeyd etməklə, son on ayda təşkilatın fəaliyyətində ciddi dönüş yarandığını, partiyanın sıralarının könüllülük prinsipi əsasında, daha çox intellektual səviyyəli gənclərin hesabına gündən-günə artdığını, ideya-siyasi, təşkilati işlərin yüksək səviyyədə qurulduğunu, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edən genişmiqyaslı, silsilə tədbirlərin keçirildiyini önə çəkiblər.
Sonda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təntənəli surətdə təqdim olunub.
Teqlər: