Bakıda bomba həyəcanı - nazirlik ayağa qalxdı

Bakıda bomba həyəcanı - nazirlik ayağa qalxdı
  05 İyun 2014    Oxunub:808
Ötən gün Baının Xətai rayonunda bomba həyəcanı yaşanıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, naməlum şəxs Xətai rayon Polis İdarəsinə zəng edərək yaşadığı Gəncə prospektindəki 15 nömrəli binaya bomba qoyulması barədə məlumat verib.

Dərhal həmin ünvana baxış keçirilib. Lakin məlumat təsdiqini tapmayıb.

Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatı verən sərxoş halda olan Bakı şəhər sakini 44 yaşlı Marat Qaynılov müəyyən edilib.

Polisin keçirdiyi əməliyyat zamanı Marat Qaynılov saxlanılıb.


Teqlər:  





Xəbər lenti