`Bodrum` sammiti başa çatdı - VİDEO

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, toplantının rəsmi hissəsi artıq sona çatıb.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı sonda toplantı ilə bağlı danışıb. O, bildirib ki, bu il onun vəzif müddət bitir və onun yerinə Azərbaycaycandan Ramil Həsənov bu vəzifəni yerinə yetirəcək. H.Akınçının sözlərinə görə, vəzifə müddəti sentyabr ayında sona çatacaq.
Toplantının əsas mövzusunun turizm və İpək Yolunun canlandırılması olduğunu deyən H.Akınçı qeyd edib ki, ölkə rəhbərləri ortaq televiziya və sərmaye fondunun yaradılmasını müzakirə edib.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Türkiyədən Qazaxıstana keçib.
Sevinc İltifatqızı