Agentliyin məlumatına görə, İran İnqilabı Keşikçiləri Korpusu nəinki rabitə vasitələrinə, hətta bütün texniki avadanlıqlarında da genişmiqyaslı yoxlamalara başlayıb: "Rəhbərlik baş verənlərdən narahatdır və “Hizbullah”dan ekspertizanın nəticələrini, həmçinin partlamış cihazların bir neçə nümunəsini istəyib".
İsrailin Livana hücumu nəticəsində ölənlərin sayı 30-u ötüb |
“Bu araşdırmalara onların həm İrandakı, həm də xaricdəki bank hesablarının yoxlanılması, həmçinin zabitlərin və ailələrinin səyahət tarixçəsi daxildir”, - mənbə qeyd edib.
Xatırladaq ki, İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında rəsmi Təl-Əvivin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və "Hizbullah" döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə tez-tez bir-birinin mövqelərini atəşə tuturlar.
Sentyabrın 17 və 18-də isə Livanda çoxsaylı rabitə cihazlarında partlayışlar baş verib. Məlumata görə, mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar və s. partlayışlara səbəb olub. Partlayışlar nəticəsində 30-a yaxın insan ölüb, bir neçə min isə yaralanıb.
Tural Tağıyev
AzVision.az