Zelenskinin qələbə planının detalları məlum olub

   Zelenskinin    qələbə planının    detalları məlum olub
  23 Sentyabr 2024    Oxunub:1607
Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ lideri Co Baydenə təqdim edəcəyi qələbə planında dörd əsas müddəa yer alıb.
AzVision.az “The Times” nəşrinə istinadən xəbər verir ki, Vaşinqtona səfəri çərçivəsində Ukrayna prezidentinin amerikalı həmkarına təqdim edəcəyi sülh planı Rusiya üzərində qələbənin qazanılması üçün Kiyevin dörd əsas şərtini özündə ehtiva edir.

1. “NATO-ya daxil olarkən qarşılıqlı müdafiə paktına bənzər” şəkildə Qərbin Ukraynaya təhlükəsizlik zəmanətləri verməsi.
2.Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində əməliyyatını davam etdirməsi.
3. Kiyevə “xüsusi təyinatlı” müasir silahların verilməsi.
4. Ukraynaya beynəlxalq maliyyə yardımı tələbi.


Daha əvvəl Volodimir Zelenski onun qələbə planının beş bənddən ibarət olduğunu açqılamışdı.

“Bundan dördü bizə indi, biri isə müharibədən sonra lazım olan müddəalardır”, - Zelenski qeyd edib.

“The Times” qzəeti yazır ki, sülh planının təhlükəsizlik zəmanətləri haqqında bəndində qismən müttəfiqlər arasında fikir ayrılığı səbəbindən Ukraynanın NATO və digər bloklara qəbul edilə bilməyəcəyi öz əksini tapa bilər. Həm də, Bayden çox güman ki, Zelenski ilə görüşündən sonra Kiyevin Rusiyaya zərbə endirmək üçün Qərbin uzaq mənzilli silahlarından, o cümlədən “Storm Shadow” raketlərindən istifadəsinə məhdudiyyətləri (onlar Britaniyada hazırlansa da, silahlarda Amerika istehsalı olan komponentlər var) ləğv etdiyini açıqlamayacaq.

“Bu, ABŞ və Böyük Britaniyanın birgə verəcəyi qərardır. Ruslar və Rusiya prezidenti Vladimir Putin tərəfindən təhlükə səviyyəsi heç vaxt bu qədər yüksək olmayıb. Əsas problem odur ki, biz qırmızı xətlərin əslində haradan keçdiyini bilmirik” , - NATO-nun başqa bir ölkəsindən olan diplomat nəşrə müsahibəsində deyib.

Nəşr daha əvvəl London və Vaşinqtonun gizli şəkildə Ukraynaya uzaq mənzilli Qərbin “Storm Shadow” raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirməyə icazə verə, lakin bu qərarın ilk zərbəyə qədər gizli saxlanıla biləcəyini vurğulamışdı.

Məsələ ilə bağlı müzakirələrdə iştirak etmiş qərbli diplomatlardan birinin iddiasına görə, noyabrda ABŞ-da baş tutacaq seçkilərdə kimin qalib gəlməsi böyük əhəmiyyət kəsb edir.

- Əgər Rusiya hakimiyyəti Vaşinqtonun Kiyevi dəstəkləməkdə davam edəcəyi qənaətinə gəlsə, Moskvanın danışıqların başlanmasına münasibəti seçkilərin nəticəsindən asılı ola bilər”, - mənbə “The Time” qəzetinə bildirib.

Eyni zamanda, NATO-nun digər diplomatı istənilən danışıqların Ukrayna üçün “çox çətin və ağrılı” olacağını etiraf edib. O, münaqişənin dondurulmasının və Kiyevin hərbi ittifaqlara qoşulması arzusunun rədd edilməsinin və sair məqamların “fəlakətli nəticə olacağını” vurğulayıb. Diplomatın sözlərinə görə, bu, şübhəsiz ki, danışıqlar üçün əsas ola bilməz.

Qeyd edək ki, bir müddət əvvəl öz mənbələrinə istinad edən “Bloomberg” agentliyi danışıqlarla bağlı Kiyevin Qərbdəki müttəfiqləri arasında fikir ixtilafının yarandığını bildirmişdi: bəziləri Rusiyaya uzaq mənzilli silahlarla zərbələr endirilməsi üçün məhdudiyyətlərin aradan qaldırılacağı halda, Moskvanın eskalasiyanı gücləndirəcəyi təhlükəsi üzündən danışıqlara gedilməsinin lehinədir, digərləri isə Kiyevə hərbi yardımı dəstəkləyərək, danışıqlara getməyin tez olduğunu iddia edirlər.

Lakin Vaşinqtona səfərə yollanan Ukrayna prezidenti Volodimir Zelenski artıq bu payızda hər şeyin həll olunacağını bəyan edib.

“Bu payızda Rusiya-Ukrayna müharibəsi ilə bağlı nə baş verəcəyi həll olunur. Bunun üçün qələbə planı təqdim ediləcək və onu tam şəkildə ilk görən şəxs ABŞ prezidenti Co Bayden olacaq. Təbii ki, prezident Bayden kimi dünyanın liderləri olan və qələbə planında bizə kömək etməklə dünya lideri ola biləcək tərəfdaş ölkələrimizin bütün rəhbərlərinə də qələbə planını təqdim edəcəyəm. Bunu həm Konqresdəki hər iki partiyaya, həm də ABŞ prezidentliyinə hər iki namizədə təqdim edəcəyik”, - Volodimir Zelenski deyib.

Onun fikrincə, Amerikanın Ukrayna və tərəfdaşları ilə birlikdə Kiyevin sülh düsturunda nəzərdə tutulan sülhü təmin etmək üçün kifayət qədər gücü var.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   Ukrayna   plan  





Xəbər lenti