Ərdoğan Paşinyan, Zelenski və Pezeşkianla görüşəcək

Ərdoğan Paşinyan, Zelenski və Pezeşkianla görüşəcək
  23 Sentyabr 2024    Oxunub:373
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində Vladimir Zelenski, Ermənistanın baş naziri Nikol Paşinyan və İran prezidenti Məsud Pezeşkianla danışıqlar aparacaq.
AzVision.az Sabah-a istinadla xəbər verir ki, görüşlər Nyu-Yorkda türk diplomatiyasının simvolu olan Türk Evində keçiriləcək.

Ərdoğan Kamala Harrislə görüşə bilər
Ərdoğanın qəbul edəcəyi şəxslər arasında İraqın baş naziri Məhəmməd Şia Əl Sudani, Hollandiyanın baş naziri Dik Şuf, BMT-nin baş katibi Antonio Quterreş, Küveytin vəliəhdi Şeyx Sabah Xalid Əl-Həməd Əl-Sabah, Almaniya kansleri Olaf Şolz, Albaniyanın baş naziri Edi Rama və Serbiya prezidenti Aleksandr Vuçiç də var.

Bundan əvvəl “Anadolu” agentliyi Türkiyə liderinin BMT Baş Assambleyasındakı çıxışının əsas mövzusunun Qəzzadakı vəziyyət olacağını bildirmişdi.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   RəcəbTayyibƏrdoğan   Paşinyan   Zelenski  





Xəbər lenti