Zelenski bəşəriyyətin inkişafına verdiyi töhfəyə görə mükafat alıb

Zelenski bəşəriyyətin inkişafına verdiyi töhfəyə görə mükafat alıb
  23 Sentyabr 2024    Oxunub:347
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-də Uğurlar Akademiyası kimi tanınan The Golden Plate Award mükafatına layiq görülüb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının Telegram-kanalında məlumat yayılıb.

Zelenskinin qələbə planının detalları məlum olub
Bu mükafat 60 ildir ki, bəşəriyyətin inkişafına töhfələr verən şəxslərə təqdim olunur.
Prezident vurğulayıb ki, bugünkü dünya onlara heç bir mübarizədə, döyüşdə uduzmağa imkan vermir: "Çünki bir tərəfdə azadlıq, digər tərəfdə isə övladlarımıza heç vaxt arzulamadığımız hər situasiya yaranıb. Bizim elə də çox vaxtımız yoxdur. Qarşıdakı bir neçə ay həlledici olacaq. Bu, Rusiyanın Ukraynaya, eləcə də sizin hamınıza qarşı müharibəsidir. Çünki münaqişə Rusiyanın azadlığa qarşı müharibəsidir. Onun nəticəsinin necə olacağını müəyyən etməyə vaxtımız yoxdur".

O, həmçinin vurğulayıb ki, “Qızıl lövhə” heç vaxt nə Putinə, nə də onun kimi insanlara verilməyəcək.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Zelenski   Mükafat  





Xəbər lenti