İrəvan Azərbaycanla bağlı dəqiq mövqeyini açıqlayıb

   İrəvan Azərbaycanla bağlı dəqiq mövqeyini açıqlayıb
  24 Sentyabr 2024    Oxunub:237
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlıdır.
AzVision.az xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan italiyalı həmkarı Antonio Tayani ilə görüşdə qısa müddətdə Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün İrəvanın “aydın mövqeyinin və siyasi iradəsinin” olduğunu bildirib.

“İrəvanın regionda sabitliyin təmin edilməsinə baxışı ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətə, sərhədlərin toxunulmazlığı prinsiplərinə, eləcə də iqtisadi qarşılıqlı əlaqənin təmin olunmasına yönəlmiş təşəbbüslərə əsaslanır”, - Ararat Mirzoyan deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   sülh  





Xəbər lenti