Ruslar döyüşdə Çin maşınlarından istifadə etməyə başlayıblar - FOTO

 Ruslar döyüşdə Çin maşınlarından istifadə etməyə başlayıblar    - FOTO
  24 Sentyabr 2024    Oxunub:280
Rusiya Ukraynadakı müharibədə Çinin zirehli maşınlarından istifadə etməyə başlayıb.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
UNİAN yazıb ki, sentyabrın 23-də “Uqoloq Sitxa” Telegram kanalı rusiyalı hərbçilərin Çinin ZFB-05 zirehli avtomobili ilə fotolar çəkdirməsi barədə məlumat yayıb. Paylaşım "Çinin "Hushi" zirehli texnikası Xüsusi Əməliyyat Zonasında" başlığı ilə edilib.

"Zelenski tarixin ən yaxşı taciridir!" - Tramp
BILD-in eksperti Yulian Röpke də yayılan görüntülərin həqiqiliyini təsdiqləyib. O, qeyd edib ki, bu, Ukraynada Çin hərbi texnikasının istifadəsinə dair ilk sübut sayılır.

Röpke yazıb: “Rusiya işğalçı ordusu Ukraynada ilk dəfə olaraq Çinin ZFB-05 tipli zirehli maşınlarından istifadə etdi. Çin isə bu ölkəyə zirehli maşın tədarükü iddiasıdı rədd edir. Bununla belə, Rusiyanın istifadə edə biləcəyi bir çox Afrika texniki vasitəçiləri də var".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   Ukrayna   Rusiya  





Xəbər lenti