İsrailin şimalı atəşə tutulub

İsrailin şimalı atəşə tutulub
  23 Sentyabr 2024    Oxunub:940
İsrailin şimal bölgələri Livandan atəşə tutulub. Ərazilərə ümumilikdə 35-ə yaxın mərmi atılıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail ordusunun (TSAXAL) mətbuat xidməti məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunu vurdu - VİDEO
Məlumata görə, Safed şəhəri və Amiad kəndi istiqamətində 25-ə yaxın mərmi düşüb. Onların bəziləri hava hücumundan müdafiə qüvvələri tərəfindən sıradan çıxarılıb. Mərmilərin bəziləri isə Amiad ərazisində və boş ərazilərə düşüb.

Daha 10 mərmi Aşağı Qaliley istiqamətində atılıb.

Qeyd edək ki, TSAXAL-ın sözçüsü Daniel Haqari bundan öncə Livanın cənubundakı hədəflərə zərbələr endirilməsi barədə məlumat yaymışdı.

İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında rəsmi Təl-Əvivin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və "Hizbullah" döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə tez-tez bir-birinin mövqelərini atəşə tuturlar.

Sentyabrın 17 və 18-də isə Livanda çoxsaylı rabitə cihazlarında partlayışlar baş verib. Məlumata görə, mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar və s. partlayışlara səbəb olub. Partlayışlar nəticəsində 30-a yaxın insan ölüb, bir neçə min isə yaralanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Livan  





Xəbər lenti