Pezeşkianın Azərbaycanla bağlı etirafı: “Bizim səhvimizdir”

   Pezeşkianın Azərbaycanla bağlı etirafı:     “Bizim səhvimizdir”
  15 Oktyabr 2024    Oxunub:410
"İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə Tehrandakı görüşündə maraqlı fikirlər səsləndirib. Birincisi, Pezeşkian deyib ki, Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur. “Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir və biz Azərbaycanla daha yaxın olmalıyıq” deyən İran Prezidenti Azərbaycanla daha böyük işlər görməyin vacibliyini vurğulayıb".
AzVision.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Pezeşkiandan İslam ölkələrinə çağırış: "Aİ-dən nümunə götürək!"
Onun sözlərinə görə, buna baxmayaraq, Məsud Pezeşkian İran rəsmilərinin “ənənəsini” pozmayaraq “düşmənlərin bizim münasibətlərə mane olmasına əsla imkan verməməliyik” fikrini səsləndirməyi də unutmayıb:

“İki ölkə arasında münasibətlərin normallaşmasına hansısa üçüncü dövlət mane olmur, mane olanlar İranın içindədir. Bunu Məsud Pezeşkian da bilməmiş deyil. Təsadüfi deyil ki, İran prezidentinin sonrakı cümləsi bunun etirafıdır: “Biz Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri anlayırıq və dərk edirik. Hesab edirəm ki, burada bizim də bəzi səhvlərimiz olub”.

Vacib olan Pezeşkianın Azərbaycana qarşı yanlış siyasət yürüdənləri bu yoldan çəkindirməsidir. İran prezidentinin bunu bacarıb-bacarmayacağını yaxın aylarda görəcəyik”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   MəsudPezeşkian   İran   Azərbaycan  





Xəbər lenti