Smartfonlar televizoru sıxışdırır

Smartfonlar televizoru sıxışdırır
  16 İyul 2014    Oxunub:1243
Millward Brown araşdırma şirkətinin keçirdiyi beynəlxalq sorğunun nəticəsi göstərib ki, insanların gündəlik həyatında smartfonlar televizorları sıxışdırmağa başlayıb.
Belə ki, ABŞ-da orta statistik insan gündə televizora 147 dəqiqə, smartfona isə 151 dəqiqə vaxt sərf edir. Noutbuka 103, planşetə 44 dəqiqə vaxt sərf edilir. Üstəlik, insanların 41%-i televizora baxarkən həm də smartfonla “ünsiyyətdə olurlar”.

Bu nəticələr onu göstərir ki, reklam şirkətləri televiziya reklamına böyük vəsait sərf edərkən yanlışlığa yol verirlər. Yaxın gələcəkdə smartfon və planşetlərin reklam bazarına daha böyük vəsait ayrılacaq.

Tariyel
AzVision.az



Teqlər:





Xəbər lenti