Quranı başa qoymağın mənası nədir? – FOTOLAR

Quranı başa qoymağın mənası nədir? – FOTOLAR
  21 İyul 2014    Oxunub:11427
Qədr gecəsində çəkilən fotolarda Quranı açaraq, başlarına qoymuş insanlar görürük. Bunun mənası nədir?
Bu, Qədr gecəsində həyata keçirilən və ancaq islamın şiə məzhəbinə aid olan ayinlərdən biridir. Şiələr Quranı başa qoyub, Allahı peyğəmbərin və imamların adlarına and verməklə günahlarının bağışlanmasını istəyirlər.

Şiələr Quranı başa qoyub, Allahı 14 məsuma and verir və bu duanı oxuyurlar: «Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və səndən öz istək və ehtiyaclarımı diləyirəm».



Sonra Quranı baş üzərində saxlamaqla aşağıdakıların hərəsini on dəfə deyirlər:
Bikə ya Əllah (10 dəfə)
Bi Muhəmmədin (10 dəfə)
Bi Əliyyin (10 dəfə)
Bi Fatimətə (10 dəfə)
Bil-Həsəni (10 dəfə)
Bil-Hüseyni (10 dəfə)
Bi Əli ibn Huseyn (10 dəfə)
Bi Muhəmməd ibn Əli (10 dəfə)
Bi Cəfər ibn Muhəmməd (10 dəfə)
Bi Musa ibn Cəfər (10 dəfə)
Bi Əli ibn Musa (10 dəfə)
Bi Muhəmməd ibn Əli (10 dəfə)
Bi Əli ibn Muhəmməd (10 dəfə)
Bi Həsən ibn Əli (10 dəfə)
Bil-Huccəti (10 dəfə)

Andlar qurtardıqdan sonra Allah-təaladan (c.c.) günahların bağışlanması və diləklər istənilir. Çünki şiələr inanırlar ki, bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.

AzVision.az
(Fotolar Nardaran Pirinin facebook səhifəsindən götürülüb)




Teqlər:  





Xəbər lenti