Makron Starmerlə görüşüb

   Makron Starmerlə görüşüb
  10 Yanvar 2025    Oxunub:371
Fransa Prezidenti Emmanuel Makron Britaniyaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Kir Starmerlə görüşüb.
Bu barədə Makron özünün "X" hesabında yazıb. Görüş Baş nazirin bağ evində ("Chequers") baş tutub. Tərəflər qarşılıqlı əlaqələrlə yanaşı Ukrayna və Yaxın Şərqdəki cari vəziyyət ətrafında müzakirələr aparıblar.

"Ukraynanı dəstəkləmək öhdəliyimizi bir daha təsdiqlədik", - Makron vurğulayıb.

Onlar həmçinin Britaniya və Avropa İttifaqı arasında münasibətlər, habelə qarşıdan gələn Fransa-Britaniya Sammitinə hazırlıqlar barədə fikir mübadiləsi aparıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   Britaniya   görüş  





Xəbər lenti