Kats: "Əsir mübadiləsi üzrə razılıq baş tutmasa, HƏMAS-ı aradan götürəcəyik"

      Kats:    "Əsir mübadiləsi üzrə razılıq baş tutmasa, HƏMAS-ı aradan götürəcəyik"
  10 Yanvar 2025    Oxunub:354
"ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp öz vəzifəsinə rəsmən başlayanadək əsirlərlə bağlı hər hansı razılıq həyata keçirilməyəcəyi təqdirdə orduya HƏMAS terror təşkilatının tamamilə məğlubiyyətə uğradılmasına dair göstəriş vermişəm".
Bu sözləri İsrailin müdafiə naziri İsrael Kats Baş Qərargah rəisi general-leytenant Herzi Halevi və digər ali zabitlərlə vəziyyətin qiymətləndirməsi ilə əlaqədar görüşün ardınca yazılı bəyanatda vurğulayıb. O bildirib ki, "HƏMAS bütünlüklə məhv edilməsə, müharibənin başa çatması müşküldür".

"Bu bizə lazım deyil. Qəzzada müharibənin qələbəmizlə yekunlaşması yalnız terrorçuların birdəfəlik strateji məğlubiyyəti ilə mümkündür. Şübhəsiz ki, əsirlərin azadlığa çıxarılma məsələsi prioritet məsələ kimi qalır. Onlar təhlükəli şəraitdə saxlanılarkən müharibəni uzatmaq doğru deyil", - nazir deyib.

Firudin Həmidli
AzVision.az



Teqlər: İsrail   HƏMAS   müharibə   göstəriş  





Xəbər lenti