Zelenski Oval kabinetdəki insidentə görə Trampdan üzr istəyib

Zelenski Oval kabinetdəki insidentə görə Trampdan üzr istəyib
  10 Mart 2025    Oxunub:731
Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evin Oval kabinetində baş vermiş insidentə görə amerikalı həmkarı Donald Trampdan üzr istəyib.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff "Fox News" kanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ukrayna lideri bununla bağlı D. Trampa məktub göndərib:

"Fikrimcə, bu, vacib addım idi. Buna tərəqqi demək istərdim. Sövdələşmənin əldə olunacağına ümid edirəm", – deyə Uitkoff qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti