Döyüşə hamilə qadınlar gedir

   Döyüşə hamilə qadınlar gedir
  08 Mart 2025    Oxunub:827
Ukraynada aidiyyəti dövlət qurumları hamilələrlə yanaşı, 50 yaşdan yuxarı qadınlara da çağırış vərəqələri verməyə başlayıb.
Bu barədə xarici KİV məlumat yayıb. Saytlar sosial şəbəkələrin Ukrayna seqmentinda paylaşılan xəbərlərə istinad ediblər.

Döyüşə TikTokerlər getmir
"Məsələn, sosial şəbəkə istifadəçilərindən biri paylaşım edərək şikayət edib ki, onun 57 yaşlı nənəsi də anormal proseslərin şahidi olub. Yaşlı qadına avtomobilini qeydiyyatdan keçirən zaman cərimə (Çağırışla bağlı-red.) yazıblar. Odessadan olan vəkil Kristina Droqozyuk isə qeyd edib ki, hətta indi analıq məzuniyyətində olmaq qadınları hərbi qeydiyyat və hərbi çağırış idarəsindəki məlumatları yeniləmək öhdəliyindən azad etmir. Həkim Alena Orlenko deyib ki, o, qucağında yeddi aylıq uşaqla hərbi həkim komissiyasına gəlməli olub".

Ukrayna işğal, genişmiqyaslı müharibə ilə üzləşdiyi üçün rəsmi Kiyev 24 fevral 2022-ci ildən ölkədə hərbi vəziyyət elan edib. Həmin il fevralın 25-də Ukrayna prezidenti Volodimir Zelenski hərbi qulluqçuların ölkədən çıxışını qadağan edən ümumi səfərbərlik haqqında fərman imzalayıb. Hərbi vəziyyət nəinki qüvvədə saxlanılır, orduya çağırış şərtləri də ilbəil sərtləşdirilir.

2024-cü il mayın 18-də səfərbərliyin sərtləşdirilməsi haqqında qanun qüvvəyə minib. Yeni qaydalara əsasən, hərbi xidmətə cəlb oluna bilənlərlə bağlı xüsusi reyestrə daxil edilmiş şəxslər xaricə getmək, öz vəsaitlərindən geniş istifadə etmək, avtomobil sürmək, daşınmaz əmlakla bağlı əməliyyatlar aparmaq və sənədləri ilə müəyyən əməliyyatlar həyata keçirmək hüququnu itirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Çağırış   Hamilə  





Xəbər lenti