Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
  10 Mart 2025    Oxunub:684
Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda, tablolarda “dumanlı yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti