Azərbaycan Argentinaya başsağlığı verib

Azərbaycan Argentinaya başsağlığı verib
  10 Mart 2025    Oxunub:791
Azərbaycanın Xarici İşlər Nazirliyi Argentinaya başsağlığı verib.

AzVision.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında məlumat verilib.

“Argentinada baş verən dağıdıcı daşqınlardan təsirlənmiş hər kəsə ən dərin başsağlığımızı bildiririk. Bu daşqınlar çoxlu insan tələfatına, bir neçə nəfərin itkin düşməsinə və infrastruktura ciddi ziyan vurulmasına səbəb olub. Bu fəlakətdən zərər çəkmiş icmaların tez və effektiv bərpasını və normal həyatın qısa müddətdə bərpa olunmasına ümid edirik”, – paylaşımda deyilir.

AzVision.az



Teqlər:





Xəbər lenti