Azərbaycanlı qadın evini Putinə vəsiyyət etdi

Azərbaycanlı qadın evini Putinə vəsiyyət etdi
  30 İyul 2014    Oxunub:2166
Bakı sakini Heydərova Səyyarə Rövşən qızı bütün var-dövlətini Rusiya prezidenti Vladimir Putinə vəsiyyət edib.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Bakının 40 yaşlı sakinin bu hərəkəti həm Azərbaycan həm də Rusiyada böyük maraqla qarşılanıb. Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları bildiriblər ki, səyyarənin atası “KQB”də pokovnik olub. O, həmçinin Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqlərə malik olub. Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları Səriyyənin bu hərəkətini məhz bu faktla izah edirlər.

Səyyarə Heydərova isə məsələ ilə bağlı açıqlama verərkən ilk növbədə ağlının başında bir insandır və o ruhi xəstə olmadığını vurğulayıb.

Qeyd edək ki, 40 yaşlı Bakı sakinin ailəsi və qohumları yoxdur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti