`Qaraya bürünməyək` - ÇAĞIRIŞ
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud sosial şəbəkələrdə bu hadisələrə göstərilən reaksiyalara münasibətini Facebook profilində status yazmaqla bildirib:
“...Müasir texnoloji imkanlarla düşmənlərimizin də bizi asanlıqla izləyə bildiyi sosial şəbəkələrdə profil rəsmlərimizi qara rənglə əvəzləməklə düşünürəm ki, insanlarımıza heç də doğru mesaj vermiş olmuruq. Zatən ermənilərin də elə istədiyi budur ki, xalqımızı matəmə bürüsünlər. Nəzərə alsaq ki, müharibə hələ bitməyib, əksinə, yenidən başlamaq ehtimalı hər gün daha da artmaqdadır, onda bu gün qara rəngə boyanırıqsa, sabah potensial səngər döyüşlərində, bu cür diversiya hadisələrində, yaxud geniş miqyaslı döyüş əməliyyatlarında verə biləcəyimiz itkilər üçün reaksiya nə olacaq?! Bu cəhətdən hisslərimizi, ağrımızı, acımızı nə qədər çətin olsa da, daha əzmkar, pozitiv şəkildə ifadə etməyə çağırıram”.