Qazaxda ailə faciəsi: 4 ölü

Qazaxda ailə faciəsi: 4 ölü
  04 Avqust 2014    Oxunub:2817
Kürün Qazax rayonu ərazisindən keçən hissəsində 4 nəfər batıb.
AzVision.az xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyəti Aparatından APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun 1-ci Şıxlı kəndi ərazisində baş verib.

Rayonun Çaylı kənd sakini Civişov Tofiq Xaləddin oğlu ailəsi ilə Kür sayının kənarına gedib. Onun oğlu, 1998-ci il təvəllüdlü Rafiq Civişov ehtiyatsızlıqdan çayda batıb.

Anası, 1969-cu il təvəllüdlü Pərvanə Civişova onu xilas etmək üçün suya girib. Onun ardınca Tofiq Civişovun iki qızı, 1992-ci il təvəllüdlü Aytən Civişova və 1994-cü il təvəllüdlü Gülmirə Civişovada özlərini suya atıblar.

Hər 4 şəxs Kür çayında batıb. Onları xilas etmək mümkün olmayıb.

Əraziyə gələn FHN-in “ARAN” Dalğıc Axtarış qrupu Pərvanə Civişovanın və onun oğlunun meyitini sudan çıxarıblar.

İki qızın axtarışları davam edir.


Teqlər:





Xəbər lenti