Azərbaycanlı gənc Putinə: `Susmayın`

Azərbaycanlı gənc Putinə: `Susmayın`
  08 Avqust 2014    Oxunub:2994
“Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyinin sədri Səbuhi Abbasov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.
Müraciətdə deyilir ki, müharibənin ağrılı və acılı nəticələrinin şahidi olan Azərbaycan gəncləri dünyada baş verən bütün müharibələrin əleyhinədirlər: “Ermənistan Respublikası tərəfindən regionda aparılan müharibə nəticəsində stabilliyin pozulması zamanı Azərbaycan gəncləri olaraq hər zaman torpaqlarımızın müdafiəsinə və hüquqlarımızın bərpasına hazır olduğumuzu bəyan edirik.

Sizləri də baş verən bu hadisələr qarşısında biganə qalaraq susmamağa, hər zaman dəstəklədiyiniz sülhün bərqərar olunmasında, Ermənistanın öz işğalçı, məkrli siyasətindən əl çəkməsində vasitəçilik etməyinizi xahiş edirik”.


Teqlər:





Xəbər lenti