Türk nazir əsgərlərimizi nəzarətə götürdü

Türk nazir əsgərlərimizi nəzarətə götürdü
  14 Avqust 2014    Oxunub:2049
Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu yaralı şəhidlərimizlə bağlı jurnalistlərə açıqlama verib.
AzVision.az-ın məlumatına görə, nazir Türkiyədə müalicə alan yaralı əsgərlərimizlə hər gün maraqlandığını deyib.

“Azərbaycandan gətirilən yaralı əsgərlərin hazırda vəziyyəti yaxşıdır. Tez-tez onların səhhəti ilə maraqlanır, son xəbərləri alıram”,-deyə M.Müəzzinoğlu əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə cəbhə cəttində ermənilərin diversiya-təxribat cəhdlərinin qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə göndərilib.

Sevinc


Teqlər:  





Xəbər lenti