ABŞ-ın Nyu-Cersi ştatının sakini – fotoqraf Robin Şvars 10 il ərzində qızının fotolarını müxtəlif heyvanlarla birgə çəkib.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, fotoqraf Robin Şvarsın çəkdiyi şəkillər əsasında iki böyük fotoalbom – “Ameliyanın dünyası” və “Heyvanlarla qohumluq” yaranıb. Hər iki fotoalbomda balaca Ameliya vəhşi heyvanlarla yanaşı təsvir olunub. Şəkillərdən elə hiss olunur ki, sanki qız bacı və qardaşları ilə təmasdadır.