Ağ saçlara çarə tapıldı

Ağ saçlara çarə tapıldı
  07 May 2013    Oxunub:9940
Alimlər ağ saçların müalicə olunması üsulunu tapıblar.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, saçların ağarmasının səbəbi araşdırıldıqdan sonra bu üsul tapılıb.

Alimlər müəyyənləşdiriblər ki, saç follikul vəzisində hidrogen peroksidin toplanması nəticəsində stress yaranır. Bu isə öz növbəsində saçların ağarmasına gətirib çıxarır. Ekspertlər 2411 xəstə üzərində araşdırma apardıqdan sonra bu müalicə üsulunu aşkar ediblər.

İngiltərənin Bredford universitetinin ekspertləri araşdırma nəticəsində bu qənaətə gəliblər ki, hidrogen peroksid müalicə oluna bilər. Alimlər bunu UVB-aktiv birləşməli PC-KUS maddə adlandırıblar. Bu üsul ilə vitiliqo dəri xəstəliyindən əziyyət çəkən insanlar da müalicə oluna bilər. 1993-cü ildə Maykl Ceksonda vitiliqo xəstəliyinə tutulduğu iddia olunur.

Leyla Cavadova
AzVision.az



Teqlər:





Xəbər lenti