Sürücüləri etiraz edən marşurut xətləri yenidən açılıb

Sürücüləri etiraz edən marşurut xətləri yenidən açılıb
  16 İyun 2016    Oxunub:2958
Bakıda bağlanan marşurut xətləri yenidən açılıb.
AzVision.az xəbər verir ki, bir müddət öncə optimallaşdırma işləri ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən bağlanan 18 və 96 saylı marşurut xətləri yenidən açılıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumatı təsdiqləsə də bu barədə heç bir məlumat verməyib.

Qeyd edək ki, bir neçə gün öncə bağlanan marşurut xətlərinin sürücüləri işsiz qalmaları ilə bağlı etiraz aksiyası keçirmişdilər. Həmin marşurut xətləri ilə bağlı mütəmadi olaraq sərnişinlərdən şikayətlər daxil olurdu.

Aytən ZƏHRA
AzVision.az


Teqlər:  





Xəbər lenti