Sabah bəzi ərazilərdə qaz olmayacaq

   Sabah bəzi ərazilərdə qaz olmayacaq
  10 Oktyabr 2024    Oxunub:264
Sabah saat 10:00-dan Xəzər rayonunda, saat 09:30-dan Qaradağ rayonunda və saat 14:00-dan 16:00-dək isə Binəqədi rayonunda qaz təchizatının dayandırılması planlaşdırılır.
AzVision.az xəbər verir ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlarının, Mərdəkan Yeni, Stansiya Qala yaşayış massivlərinin, Şüvəlan qəsəbəsinin 1 hissəsinin, Qaradağ rayonu üzrə Qobustan qəsəbəsinin, Binəqədi rayonu üzrə isə Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



Teqlər:





Xəbər lenti