Neft 20 dollar ola bilər - Nazirin proqnozu

Neft 20 dollar ola bilər - Nazirin proqnozu
  19 İyun 2016    Oxunub:2580
Əgər OPEK ölkələri neft hasilatının həcminin azaldılmasına dair təcili tədbirlər görməyəcəklərsə, dünya bazarında neftin bir barelinin qiyməti 2017-ci ilin qışında 20 dollara düşə bilər.
“TASS” agentliyinin verdiyi xəbərə görə, bu proqnozu Venesuelanın neft naziri Euloxio del Pino verib.

“Əgər tədbir görülməyəcəksə, qışda qiymətlər yenidən 20 dollar səviyyəsinə düşəcək. Belə olacağı təqdirdə hasilatı “dondurmaq” lazım gələcək, lakin o zaman bu artıq gec ola bilər. Bu səbəbdən tədbirlər indidən görülməlidir”, - deyə nazir qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti