Vergilərlə bağlı nə dəyişsin? - Fikrinizi bildirin

Vergilərlə bağlı nə dəyişsin? - Fikrinizi bildirin
  22 İyun 2016    Oxunub:2376
Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanda aparılan davamlı iqtisadi islahatlara dair ictimai rəyi və yeni islahat təklifləri ilə bağlı fikirləri öyrənmək üçün on-line qaydada sorğu keçirir.

İslahatların inklüzivliyini, əhatəliliyini və səmərəliliyini daha da artırmaq üçün ilk sorğuda Sizdən aşağıdakı suala dair təkliflərinizi 10 gün müddətində bildirmək xahiş olunur:

Azərbaycan Respublikasının vergi qanunvericiliyində və inzibatçılığında hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?

Mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxsləri, fərdi sahibkarları və vətəndaşları sorğuda fəal iştirak etməyə dəvət edirik. Təkliflərinizi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytında bu link vasitəsilə çatdıra bilərsiniz: https://azvision.az/redirect.php?url=http://iqtisadiislahat.org/online-application




Teqlər:





Xəbər lenti