"İnter" qalib gəldi
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Bakının "İnter" klubu paytaxtın digər komandası "Rəvanı" qəbul edib. İlk qol meydan sahiblərindən gəlib - 5-ci dəqiqədə Baçana Sxadadze fərqlənib. 6 dəqiqə sonra Vaqif Cavadov fərqi iki topa çatdırıb.
15-ci dəqiqədə qonaqlar Ramazan Abbasovun qolu ilə ümidləniblər. Lakin 82-ci dəqiqədə Brüs Abdulaye hesabı yenidən artırıb.
"Rəvan" futbolçularının gücü yalnız təsəlli qoluna çatıb - Miloş Adamoviç, 90 - 3:1.
Teqlər: