Pop əfsanəsi 82 ​​yaşında vəfat etdi

Pop əfsanəsi 82 ​​yaşında vəfat etdi
  11 Aprel 2025    Oxunub:664
“The Sunshine of Your Smile” mahnısı ilə tanınan britaniyalı müğənni Mayk Berri 82 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu haqda onun meneceri Peter Stockton sosial media hesabında paylaşım edib.

“Dərin kədər hissi ilə hər kəsə bildirməliyəm ki, əfsanəvi Mayk Berri bu səhər dünyasını dəyişdi və ailəsi onun son dəqiqələrində yatağının yanında idi. Mayk 64 illik karyerası olan inanılmaz, istedadlı sənətçi idi. Ümid edirəm ki, o, indi köhnə dostları ilə birlikdə cənnətdədir”, - deyə o qeyd edib.

Qeyd edək ki, “Tribute to Buddy Holly” və “Don't You Think It's Time” mahnıları ilə də məşhurlaşan britaniyalı ulduz “At You Being Served?” filmində Spooner obrazını canlandırıb.


Teqlər: Musiqi  





Xəbər lenti