Le Pen apellyasiya şikayəti verib

Agentliyin məlumatına görə, Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işi üzrə təqsirləndirilən 12 nəfər, o cümlədən Le Pen və onun Milli Birlik Partiyası hökmdən apellyasiya şikayəti verib.
Apellyasiya şikayəti aprelin 10-da, etiraz üçün son gündə verilib. Bu o deməkdir ki, təqsirləndirilən şəxslərin yarısı hökmü apellyasiya şikayəti olmadan qəbul edib.
Xatırladaq ki, martın 31-də Paris məhkəməsi Le Pen və daha 26 nəfəri, o cümlədən Fransanın Milli Birlik Partiyasından olan 8 deputatı Avropa Parlamentində yalançı köməkçilərin işi üzrə dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilib.
Bundan sonra Le Pen 5 il müddətinə seçkilərdə iştirak etmək hüququndan məhrum edilib ki, bu da onun 2027-ci il seçkilərində iştirakını sual altında qoyur.
Eyni zamanda, Paris Apellyasiya Məhkəməsi artıq qərarın 2026-cı ilin yayında veriləcəyini açıqlayıb. Başqa sözlə, hökmün ləğvi və ya dəyişdiriləcəyi təqdirdə Le Penin namizəd olmaq şansı yaranacaq.
Teqlər: Fransa