Myanmada ölənlərin sayı 3689-a çatdı

Myanmada ölənlərin sayı 3689-a çatdı
  11 Aprel 2025    Oxunub:528
Myanmada baş verən dağıdıcı zəlzələdə ölənlərin sayı 3689-a çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Zəlzələ nəticəsində 5020 nəfər xəsarət alıb, aprelin 11-nə olan məlumata görə, 139 nəfər itkin düşmüş hesab olunur.

Qeyd edək ki, martın 28-də Myanmada 7,7 və 6,4 bal gücündə iki güclü zəlzələ baş verib.

Yeraltı təkanlar qonşu Tailandda, eləcə də Çin, Kamboca, Banqladeş və Hindistanda da hiss olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti