“Qarabağ” Bakıda xal itirdi

“Qarabağ” Bakıda xal itirdi
  09 Noyabr 2013    Oxunub:1237
Bu gün Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunları keçirilir.
AzVision.az xəbər verir ki, "Qarabağ" Bakıda AZAL-ın qonağı olub. 34-cü dəqiqədə meydan sahibləri fərqləniblər: Viktor İqbekoyi Ağdam təmsilçisini məyus edib.
73-cü dəqiqədə Maksim Medvedev hesaba tarazlıq gətirib - 1:1.

Digər qarşılaşma da paytaxtda keçirilir. "İnter" Zaqatalanın "Simurq" klubunu qəbul edir. Birinci hissənin tamamında hesab açılmayıb.

Qeyd edək ki, tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq.


Teqlər:





Xəbər lenti