“İlham Mirzəyevlə Şahin Sultanov bir yerdə qalır” - General

“İlham Mirzəyevlə Şahin Sultanov bir yerdə qalır” - General
  01 İyun 2014    Oxunub:4390
Keçmiş Hərbi Dəniz Qüvvələri komandanı vitse –admiral Şahin Sultanovla Space televiziyasının aparıcısı İlham Mirzəyevin həbs olunduqdan sonra eyni kamerada qalması haqda bir çox saytlarda internet portallarında xəbər verilmişdi.
AzVision.az xəbər verir ki, məsələ ilə bağlı Xeberdar.az saytına danışan Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Rəis müavini general –mayor Hüseyn Əlixanov açıqlamasında onların həqiqətən də bir kamerada qaldığını təsdiqləyib.

“ Onlar eyni vaxta qarantinə gəldikləri üçün, bir yerdə qalırlar. Özlərinin razılığı ilə, bu baş tutub. Hər ikisi ziyalı insanlardı, dünya görmüş şəxslərdi. Onlara bir yerdə qalmaq təklif edilib, onlar da razılaşıblar. Hər halda onları bir neçə dəfə cinayət işləmiş şəxslərlə bir yerdə saxlaya bilmərik. Bilmirəm, insanlar bunu niyə qəribə qarşılayırlar. Burda nə var ki? Hamı kimi onlar da, istintaq təcridxanasında, sivil qaydada bir yerdə qalır. Bir kamerada iki insanın qalması üçün şərait var. Tək qalmaq üçün də kameralar var. Baxır onların imkanına, pulları varsa, qaydalar əsasında tək də qala bilərlər” – deyə Hüseyn Əlixanov bildirib.


Teqlər:  





Xəbər lenti