Britaniyada hərbi pilotlar çatışmır

   Britaniyada hərbi pilotlar çatışmır
  10 Mart 2025    Oxunub:764
İşə qəbul zamanı ağ kişilərə qarşı ayrı-seçkilik iddiaları nəticəsində Böyük Britaniyanın Hərbi Hava Qüvvələri (HHQ) daha da dərinləşən pilot qıtlığı ilə üzləşib.
AzVision.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, hərbi daxili sənədlər əvvəllər bu peşəyə uyğun olmayan digər bölmələrdən kadrların yenidən hazırlanması yolu ilə pilotların sayının artırılması zərurətini dəstəkləyir. Bununla belə, HHQ-nin rəsmilərinin dediyinə görə, hazırda bütün əməliyyatları idarə etmək üçün kifayət qədər pilot var. Onlar həmçinin bildirirlər ki, təlim müddətlərinin azaldılması ərizələrin yenidən qəbul edilməsinə imkan yaradıb.

“Pilot çatışmazlığı 2023-cü ildə HHQ-nin işə götürmə təcrübələrində ayrı-seçkiliyə görə 31 ağdərili kişiyə təzminat ödədiyi qalmaqaldan sonra daha da pisləşdi. Həmçinin müraciət edənləri “faydasız ağ kişilər” kimi təsvir edən, qadınların və etnik azlıq pilotlarının sayını artırmaq üçün təzyiqlərə dair suallar doğuran yazışmalar haqqında da məlumatlar dərc olundu”, - qəzetdə gedən məqalədə vurğulanır.

Böyük Britaniyanın Müdafiə nazirinin müavini Ceyms Hippi HHQ-də “müsbət ayrı-seçkilik”lə bağlı araşdırma aparacağını vəd edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Britaniya   pilot   qıtlıq  





Xəbər lenti