ABŞ HƏMAS-ın tərəfdarlarını ölkədən çıxracaq

ABŞ HƏMAS-ın tərəfdarlarını ölkədən çıxracaq
  10 Mart 2025    Oxunub:787
Fələstinin HƏMAS hərəkatının tərəfdarları ABŞ-dan deportasiya ediləcəklər.
AzVision.az bildirir ki, ABŞ-nin Dövlət katibi Marko Rubio belə bəyanat verib.

“Amerikadakı HƏMAS tərəfdarlarının vizalarını və/ və yaxud yaşıl kartlarını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər”, – Marko Rubio “X” sosial şəbəkəsindəki hesabında yazdığı şərhə Mahmud Xəlilin həbsi ilə bağlı xəbəri də əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin Sərhəd Xidməti Nyu-Yorkdakı Kolumbiya Universitetinin aspirantı fələstinli tələbə Mahmud Xəlili saxlayıb.

2024-cü ildə Fələstin tərəfdarı olan tələbələr universitet binası yaxınlığında çadır düşərgəsi qurublar. Mahmud Xəlil universitet rəhbərliyi ilə onların adından danışıqlar aparan şəxslərdən biri idi. Martın 9-da o, saxlanılıb.

Martın 5-də isə ABŞ prezidenti administrasiyasının Qəzzada saxlanılan amerikalı girovların azad edilməsi və münaqişəyə son qoyulması üçün razılaşmanın mümkünlüyü barədə HƏMAS ilə ictimailəşdirilməyən birbaşa danışıqlar apardığı açıqlanmışdı.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   HƏMAS   deportasiya  





Xəbər lenti